"Ağ maşının üzərinə düşmüşdü, uşaqlar qışqırdı, əri gəldi və..."
- Hadisə anının daha bir şahidi
Xəbər verdiyimiz kimi, tanınmış ginekoloq-həkim Xalidə Kəngərli iyunun 28-də özünü Yasamal rayonunda yaşadığı çoxmərtəbəli binadan ataraq intihar edib.
Globall.az xəbər verir ki, APA TV mərhumun yaşadığı əraziyə yollanaraq, onun qonşusundan müsahibə alıb. Bildirilib ki, 10-cu mərtəbədən özünü atan X.Kəngərli avtomobilin üzərinə düşüb.
Həkimin yaşadığı binada təmizlik işçisi kimi çalışan Məhəbbət Cəbrayılova onun sakit ailəsi olduğunu bildirib:
Xatırladaq ki, hadisə iyunun 27-də saat 18 radələrində tanınmış həkimin yaşadığı Yasamal rayonu İnşaatçılar prospektində yerləşən çoxmərtəbəli binada baş verib. 1984-cü il təvəllüdlü Xalidə Məhəmməd qızı Kəngərli özünü 11-ci mərtəbədə yaşadığı mənzilin eyvanından yerə atıb. O, binanın qarşısındakı parkinqdəki “Hyundai Sonata” markalı avtomobilin üstünə düşüb və aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Qeyd edək ki, mərhumun həyat yoldaşının psixoloji problemləri olduğu xəbəri yayılmışdı. Bildirilirdi ki, o, 10 ilə yaxındır evdə qapalı şəraitdə qalırmış.