Britaniyadan Ukraynaya hərbi yardım
- Əlavə 1 milyar ayrıldı
Böyük Britaniya Ukraynaya əlavə 1 milyard funt-sterlinq hərbi yardım verəcək.
Globall.az xəbər verir ki, bu barədə Böyük Britaniya hökuməti qərar qəbul edib.
“Ukraynaya dəstək üçün ayrılan məbləğ Kiyevin müdafiə qabiliyyətinin gücləndirilməsinə, o cümlədən müasir hava hücumundan müdafiə sistemləri, pilotsuz uçuş aparatları, yeni innovativ elektron döyüş texnikası və ukraynalı əsgərlər üçün minlərlə həyati ləvazimata yönəldiləcək”, - deyə məlumatda bildirilir.
Nəşr qeyd edir ki, Böyük Britaniyanın yeni öhdəliyi hazırda Madriddə keçirilən NATO sammitində Ukraynaya razılaşdırılmış dəstək paketinin bir hissəsidir. Böyük Britaniyanın Kiyevə 2022-ci ildə iqtisadi və hərbi yardımı 3,8 milyard funt sterlinq təşkil edib.(modern.az)
Oxunub: 315
Xəbəri paylaş
Paylaş: