Pakistanda DƏHŞƏTLİ QƏZA: 19 ölü, 12 yaralı

Pakistanın cənub-qərbində yerləşən Bəlucistan əyalətində sərnişin avtobusunun dərəyə düşməsi nəticəsində azı 19 nəfər həlak olub. Eyni zamanda 12 nəfərin yaralandığı bildirilir.
Globall.az modern.az-a istinadla xəbər verir ki, qəzaya sürücünün yağışlı havada sürəti artırması və idarəetməni itirməsi səbəb olub.
Zərər çəkənlər yerli xəstəxanalara aparılıb. Onların bir neçəsi ağır vəziyyətdədir.
Agentliyin məlumatına görə, Bəlucistan əyalətinin paytaxtı Kvettadan İslamabada gedən avtobusda 30 nəfər olub.

Oxunub: 299
Xəbəri paylaş
Paylaş: