Qaraqalpaqstanda minlərlə insan xəstəxanaya yerləşdirildi

Özbəkistanın Qaraqalpaqıstan bölgəsində baş verən etiraz aksiyalarından sonra minlərlə insan xəstəxanaya yerləşdirilib.
Özbəkistanın "Daryo" agentliyi xəbər verir ki, bu barədə bölgənin səhiyyə naziri Sultanbek Ziyayev məlumat verib.
“Minlərlə yaralı xəstəxanaya yerləşdirilib və müalicə olunur. Onlara tibbi yardım göstərilir”, - deyə o qeyd edib.
Nazir zərərçəkənlərin dəqiq sayını açıqlamayıb. Onun sözlərinə görə, bölgənin mərkəzi Nukus şəhərində xəstəxanalar xəstələrlə dolub-daşır.
Qeyd edək ki, Özbəkistan konstitusiyasında Qaraqalpaqıstan bölgəsinin suveren statusunun ləğv edilməsi təklif olunub. Daha sonra bölgədə etiraz aksiyaları başlayıb. Aksiyaların ardınca təklif ləğv edilib. (modern.az)
Oxunub: 491
Xəbəri paylaş
Paylaş: