Deputatlar tətilə çıxdılar

Milli Məclisin növbədənkənar sessiyası öz işini yekunlaşdırıb.
Bu barədə Milli Məclisin sədri Sahibə Qafarova məlumat verib.
O bildirib ki, növbədənkənar sessiya zamanı beş iclas keçirilib və gündəlikdəki məsələlərin müzakirəsi yekunlaşıb.
“Sessiya çərçivəsində 36 qanun və qərar layihəsi müzakirə edilib. Ümumilikdə sessiya işini uğurla başa çatdırır”.
Dövlət himninin oxunmasından sonra deputatlar tətilə yollanıblar.
Oxunub: 290
Xəbəri paylaş
Paylaş: