Deputatın obyektində KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: 10 nəfər xəstəxanalıq oldu – FOTO

Milli Məclisin üzvü İqbal Məmmədovun sahibi olduğu “Relax” istirahət mərkəzində kütləvi zəhərlənmə baş verib.
Globall.az Bakupost.az-a istinadən xəbər verir ki, hadisə iyulun 19-u günorta saatlarında baş verib.
Belə ki, qohumlardan ibarət 13 nəfərlik qrup Lerikə istirahətə gedib. Onlar nahar etmək və əylənmək üçün “Relax” istirahət mərkəzini seçiblər. Nahardan sonra qrupdakıların səhhətlərində problem yaranıb. Özlərini pis hiss edən qrup üzvləri istirahətlərini yarımçıq qoyaraq şəhərə geri qayıtmaq qərarına gəliblər. Onların vəziyyəti getdikcə pisləşdiyi üçün yaşadıqları ünvana uyğun olaraq Sumqayıt Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Ailələrdən birinin başçısı Emin Şirinov Bakupost.az -a bildirdi ki, məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət edəcəklər:
“300 manat girişə, 350 manat isə yeməyə xərcimiz çıxıb. Görünür, bizə köhnə yeməklər veriblər. Ölümdən döndük”.
Onun sözlərinə görə, zəhərlənənlər arasında azyaşlılar da olub.
Qeyd edək ki, bu gün Xaçmazda da kütləvi zəhərlənmə baş verib. Nabranda yerləşən “Məkan” istirahət mərkəzində yemək yeyən 10 nəfər xəstəxanalıq olub.

Oxunub: 231
Xəbəri paylaş
Paylaş: