Lukaşenko Kiyevi danışıqlar masasına oturmağa ÇAĞIRDI

Lukaşenko Kiyevi danışıqlar masasına oturmağa və heç vaxt Rusiyanı təhdid etməməyə çağırıb.
Globall.az xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko AFP-yə müsahibəsində deyib.
Belarus liderinin sözlərinə görə, indi Ukrayna üçün daha əlverişli şərtlərlə münaqişəyə son qoymaq üçün doğru zamandır, lakin o, Kiyevin buna imkan verməyəcəyinə inanır.
Lukaşenko Kiyevi Ukraynada xüsusi əməliyyatı başa çatdırmaq üçün danışıqlar masasına oturmağa çağırıb.
“Kiyev danışıqlar masası arxasına oturmalı və heç vaxt Rusiyanı təhdid etməyəcəkləri ilə razılaşmalıdır”, – deyə o bildirib. (konkret.az)
Oxunub: 173
Xəbəri paylaş
Paylaş: