Fransada fövqəladə vəziyyət iki ay uzadıldı - Koronavirusa görə
"RİA Novosti"nin xəbərinə görə, bu barədə Fransa Səhiyyə naziri Olivye Veran bildirib.
"Bu gün Nazirlər Şurasına təqdim edilən qanun layihəsi fövqəladə sanitar vəziyyətin iki ay - iyulun 24-nə kimi uzadılmasını nəzərdə tutur", - Veran toplantıdan sonra keçirilən brifinqdə bildirib.
Nazir qeyd edib ki, elmi şura pandemiya ilə mübarizədə bütün tədbirləri, o cümlədən fövqəladə sanitar vəziyyət barədə qanun layihəsində nəzərdə tutulan addımları vacib hesab edir.
Oxunub: 376
 
  
  	Xəbəri paylaş
	
			
		 
Paylaş: 
 
   
 
   
   
 
 
	 
	 
	





















 
							 
							 
							 
							 
							