Türkiyə hərbi sənayesinin YENİ UĞURU - "Sungur" türk ordusuna təhvil verildi

Türkiyədə yerli hava hücumundan müdafiə sistemi “Sungur”un ilk partiyası ölkənin Silahlı Qüvvələrinə təhvil verilib.
Bu barədə Türkiyənin müdafiə sənayesi qurumunun rəhbəri İsmail Dəmir sosial şəbəkə səhifəsində yazıb.
O, yeni silahın hərbçilər üçün xeyirli olmasını arzulayıb.
Qeyd edək ki, “Aselsan” tərəfindən PUA-lar, helikopterlər və qırıcılar əleyhinə hazırlanan “Şahin” 40 millimetrlik fiziki məhvetmə sistemi “Sungur”un bir nəfər tərəfindən idarə olunan və çiyindən atılan versiyasıdır. (Sfera.az)
Oxunub: 310
Xəbəri paylaş
Paylaş: