ŞOK: “Vaqner”in Ukraynaya məhbusları apardığı üzə çıxdı
İyulun əvvəlində "Vaqner" özəl hərbi şirkəti tərəfindən müharibəyə cəlb edilən Sankt-Peterburqdakı "Yablonevka" 7 saylı cəzaçəkmə müəssisəsindən (ÇM) olan üç məhkum həlak olub, ikisi yaralanıb və onlar Luqanskdakı xəstəxanalardan birindədir.
Globall.az Qaynarinfo-ya istinadla xəbər verir ki, bu barədə məhkumların qohumları ilə əlaqə saxlayan mənbələrə istinadən "Vajnıye istorii"nin məlumatında deyilir.
Onların sözlərinə görə, tibbi sənədlərdə məhkumların əsl adları yox, təxəllüslər - ləqəblər və ya şərti adları var. "Yaralılar xəstəxanada həqiqi adlarla deyilsə, görünür, ölənlər də ləqəblə basdırılacaq. Söhbət mərhumun yaxınlarının pulu necə əldə etməsidir. Çünki İvan İvanovla qohumluğu sübuta yetirmək olarsa, o zaman hansısa "filankəs”lə qohumluğu necə sübut etmək olar? Çox güman ki, qohumlar bu insanların ölümü üçün pul görməyəcək ", - deyə vəkil Leonid Krikun "Vajnıye istori”yə izah edib.
Bundan əvvəl "Vajnıye istorii" nəşri Sankt-Peterburqdakı ÇM-7 "Yablonevka” və ÇM-6 "Obuxovo” məhbuslarının Rostov vilayətinə aparıldığını yazmışdı. "Vajnıye istori"yə görə, eyni koloniyaların məhbuslarına "Vaqner”in nümayəndələri Donbasa "könüllü" getməyi təklif ediblər. Sankt-Peterburqun İctimai Nəzarət Komissiyasının məlumatına görə, Federal Penitensiar Xidmətin yerli şöbəsi bu məlumatı şayiə adlandırıb.