Liviyada "Vaqner" muzdlularını daşıyan helikopter qəzaya uğrayıb
Sentyabrın 23-də Liviyanın mərkəzi hissəsindəki Sukna rayonunda «Vaqner» Özəl Hərbi Şirkətinin (ÖHŞ) döyüşçü qrupunu daşıyan helikopter qəzaya uğrayıb.
Liviya Milli Razılıq Hökuməti (MRH) hərbi komandanlığının məlumatına istinadla, bu barədə Türkiyənin «Anadolu» dövlət informasiya agentliyi xəbər verib.
MRH hökuməti birləşmələrinin Sirtdəki (Tripolidən 45 kilometr şərqdə yerləşir) və Cufredəki əməliyyat komandanlığının mətbuat katibi geneal Əbdülhadi Dırahın sözlərinə görə, helikopterdə «Vaqner» ÖHŞ-nin döyüşçüləri olub.
Qeyd edilir ki, yerlə toqquşma nəticəsində helikopterin göyərtəsindəki döyüş sursatı partlayıb. O da bldirilir ki, helikopterin qəzaya uğraması nəticəsndə 4 nəfər rusiyalı «muzdlu» (Vaqnerçi) həlak olub.
İnsidentin digər detalları barədə məlumat verilmir.
Baş vermiş qəza barədə «Əl-Cəzirə» telekanalı da informasiya yayıb.