"Qarabağ" bu gün "Sürix"lə cavab matçına çıxır
Bu gün Çempionlar Liqasında II təsnifat mərhələsinə yekun vurulacaq.
Globall.az xəbər verir ki, həlledici görüşdə Azərbaycan çempionu “Qarabağ” İsveçrədə “Sürix”in qonağı olacaq.
İlk matçda Bakıda rəqibini 3:2 hesabı ilə məğlub edən Qurban Qurbanovun komandası səfərdə mərhələ adlamağa çalışacaq.
Qeyd edək ki, “Sürix” – “Qarabağ” cütünün qalibi Çempionlar Liqasında “Ferensvaroş” – “Slovan” duelinin güclüsü ilə qarşılaşacaq. İsveçrədəki qarşılaşmada mərhələ keçə bilməyəcək tərəf isə Avropa Liqasında “Linfild” (Şimali İrlandiya) – “Bodo Qlimt” (Norveç) cütünün məğlubi ilə üz-üzə gələcək.
Çempionlar Liqası
II təsnifat mərhələsi, cavab oyunu
27 iyul
21:00. “Sürix” – “Qarabağ”
Baş hakim: Allard Lindhout (Niderland)
Sürix. Letzigrund stadionu
İlk oyun – 2:3