Yoluxma artsa, distant təhsilə keçiləcək -
RƏSMİ
"Pandemiyanın sürprizləri çox olub, proqnozlaşdırmaq çətindir. Amma biz bu iki ildə təhsilin koronavirus şəraitində idarəsi ilə əlaqədar təcrübə topladıq".
Globall.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyasının təhsillə bağlı məqamları haqqında keçirdiyi brifinqdə deyib.
Nazir qeyd edib ki, bu il yoluxma sayı artarsa, qismən məhdudlaşma tətbiq oluna bilər: "Biz yoluxmanın indikindən qat-qat çox olduğu yanvar-fevral aylarında məktəbləri bağlamadıq. Payız aylarında yoluxma sayı artarsa, ayrı-ayrı siniflər müvəqqəti distant təhsilə keçə bilər. Amma məktəblərin tamamilə bağlanmasına az ehtimal verirəm". (modern.az)
Oxunub: 189
Xəbəri paylaş
Paylaş: