AMEA-nın Təhsil Nazirliyinə birləşdirilməsi təklifinə RƏSMİ CAVAB
Təhsil naziri Emin Əmrullayev Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə Təhsil Nazirliyinin birləşdirilməsi haqqında təklifə münasibət bildirib.
Globall.az xəbər verir ki, nazir bu barədə 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyasının təhsillə bağlı məqamları haqqında keçirdiyi brifinqdə danışıb.
O qeyd edib ki, ayrı-ayrı ölkələrin bununla bağlı fərqli təcrübələri var: "Bəzi ölkələrdə struktur Elm və Təhsil Nazirliyi olaraq fəaliyyət göstərir. Azərbaycandakı mövcud təcrübə haqqında sualın cavabı məndə deyil. Bu, icra hakimiyyətinin səlahiyyətində olan məsələdir".
Qeyd edək ki, son vaxtlar AMEA-nın ləğv olunması və ya Təhsil Nazirliyinə birləşdirilməsi barədə müxtəlif təkliflər irəli sürülür.
Oxunub: 213
Xəbəri paylaş
Paylaş: