Kəlbəcərə və Zəngilana gedib-gələn yollar açıldı! –
Amma... bizim üçün yox...
30 ilə yaxındır ki, biz Minsk Qrupunun, ABŞ-ın, AŞ-ın, Kremlin göstərdiyi sülh yolu ilə gedirik, hələ bir kəndimizə də çata bilməmişik... Amma neftimiz-qazımız, milyardlarla pullarımız dünyanın yollarını fır-fır fırlanır...
Azərbaycanın işğal altındakı Kəlbəcər rayonunda sülənən ermənilər arasında koronavirusa yoluxmuş ermənilər sağaldığından və digərlərinin yolxuma ehtimalı azaldığından Xankəndidəki separatçı-terrorçu rejim bölgədəki karantini ləğv edərək rayona gediş-gəliş yollarını açıb.
Moderator.az xəbər verir ki, işğalçı ölkə nəşrlərinin yaydığı məlumatda Ermənistanla “Kovsakan” adlandırılmış Zəngilan rayonu arasındakı karantin postu da götürülüb və rayona giriş-çıxışa icazə verilib.
Oxunub: 353
Xəbəri paylaş
Paylaş: