İran “Qüds günü”nü necə keçirəcək? -
İsrail mediası bu suala cavab axtarır
"Qüds günü" Fələstinin azadlığına dəstək aksiyasıdır. İlk dəfə 1982-ci ildə İran islam inqilabının lideri ayətullah Xomeyninin təşəbbüsü ilə keçirilib. O vaxtdan İranda, Livanda, İraqda və bəzi başqa müsəlman ölkələrində hər il Ramazan ayının sonuncu cümə günü “Qüds günü” kimi qeyd olunur.
Son illər bəzi radikal qruplar "Qüds günü"nü Azərbaycanda da keçirməyə cəhd göstərirlər. Bu il “Qüds günü” mayin 22-nə təsadüf edir.
İsrailin nüfuzlu nəşrlərindən olan “The Jerusalem Post” bu məsələ ilə bağlı araşdırma aparıb. Qəzet yazır ki, koronovirusdan dolayı İranda vəziyyət gərgin olaraq qalır. Ölkədə minlərlə insan ölüb, 100 min nəfərdən çox insan isə bu virusa yoluxub. Belə bir fonda hökumət “Qüds günü”nü necə keçirilə biləcəyinə dair suallarla üzləşir.
Keçən il İran “Qüds günü”ndə bu qədim şəhərin "sionistlər"dən "azad edilməsi"ni əks etdirən plakatlar sərgilədi. İsrailə ölüm vəd edən təbliğat nümayiş olundu. İranın anti-Amerika və anti-İsrail təbliğat maşını var gücü ilə işlədi. İran özünü İsrailə qarşı "müqavimətin" önəmli bir hissəsi hesab edir. Keçən il İran rejimi Donald Tramp administrasiyasının "əsrin sövdələşməsi" kimi təqdim etdiyi müqavilənin uğursuzluğa düçar olacağını dönə-dönə vurğuladı. Adətən Tehranda “Qüds günü” kütləvi mitinqlər olur və insanlar bir araya gəlirlər. Ancaq pandemiya və sosial məsafə tələbləri insanların toplaşmağına imkan vermir.
“Fars News”-un yaydığı xəbərə görə, "İslam Təbliğatı üzrə Koordinasiya Şurası" nın başçısı bu il “Qüds günü” ilə bağlı məsələləri müzakirə etmək üçün iclas keçirib. İclasda İslam İnqilabı Keşikçiləri Korpusunun, Daxili İşlər Nazirliyinin və Xarici İşlər və Səhiyyə Nazirliyinin rəsmiləri iştirak ediblər.
İran rejimi “Quds günü”nün qeyd olunmasını “dünyanın hər yerində azadlıq uğrunda mübarizə aparanların dini və insanlıq borcu” sayır. İslami Təbliğatı üzrə Koordinasiya Şurası rəhbərinin müavininin hesabata görə bu il mərasimlərin necə keçiriləcəyi ilə bağlı hələ ki qəti qərar yoxdur. Ancaq bu məsələ ilə bağlı bu yaxınlarda açıqlama veriləcək.
Bu arada isə İranın xarici işlər naziri Cavad Zərif ABŞ-ın bütün dünyada silah satması ilə bağlı yeni iddialar ortaya qoydu, açıq şəkildə İranın da bunu etmək hüququna sahib olduğunu bildirdi. İran hazırda Yəmən, Suriya, Livandakı “Hizbullah” və digər gizli aktyorlara silah ixrac edir. Bu yaxınlarda “Hizbullah”ın Almaniyadakı fəaliyyətinə son verilməsi İranı məyus edib. Ancaq bu ölkə anti-İsrail və anti-Amerika mövqeyindən çəkilmək fikrində deyil.