Dünyada koronavirusa yoluxma halları azalıb –
ÜST
Ötən həftədə dünyada 6,5 milyondan çox insan koronavirusa yoluxub, 14 mindən çox insan ölüb. Əvvəlki 7 günlə müqayisədə yoluxmaların sayı 9 faiz, ölüm halları isə 3 faiz azalıb. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib. Qeyd olunub ki, 25-31 iyul tarixləri arasında yoluxma sayı bir əvvəlki həftəyə nisbətən 9% azaldı. Eyni zamanda 3 faiz az ölüm halları qeydə alınıb. Yeddi gün ərzində 6 565 679 infeksiyaya yoluxub və 14 179 nəfər ölüb. Avqustun 3-nə olan məlumata görə, ÜST pandemiyanın başlanmasından bəri 557 018 226 koronavirusa yoluxma hadisəsi və 6 401 046 nəfərin ölümü barədə məlumat alıb.
Oxunub: 155
Xəbəri paylaş
Paylaş: