ABŞ-ın Suriyada PKK planı:
10 min nəfərlik "təmizlik gücü"- yeni briqada
Yeni təmizlik gücünün qurulması üçün ABŞ Suriya neftindən əldə ediləcək gəlirdən 200 milyon dollar xərcləyəcək.
ABŞ-ın bu planı Pentaqonun hesabatında qeyd edilib. Yeni planlamada terror təşkilatı olan YPG-nin Əl-Tanif bölgəsində olan müxalif qrupundan “Təmizlik gücü” qurulacaq.
Hesabata görə, YPG-nin nəzarəti altında 1200 nəfərlik və 5 komanda bölüyündən və 600 nəfərdən ibarət olan anti-terror birliyində cəmləşəcək. Bu say büdcə imkanlarından asılı olaraq 10 minə çıxarılacaq.
Qeyd edilir ki, YPG terrorçuları ABŞ-ın onlara göndərdiyi yeni növ hərbi ləvazimatlardan istifadə edəcək. Belə avadanlıqlardan ilk dəfə İŞİD rəhbərlərinin saxlanıldığı Əl-Hol həbsxanasında istifadə edilib.