Ukraynaya lazımi qədər silah verəcəyik - Ostin
“Birləşmiş Ştatlar Ukraynanı müdafiə üçün lazım olduğu qədər silah və avadanlıqla təmin edəcək”. Globall.az xəbər verir ki, bunu ABŞ-ın Müdafiə naziri Lloyd Ostin deyib. “Birləşmiş Ştatlar Ukraynanın təhlükəsizliyinə mühüm yardım göstərib. Lakin biz dəstək verməyə davam etmək üçün resurslar tapmaq üçün birlikdə çalışan 50-yə yaxın ölkə arasındayıq. Biz Ukraynaya kömək etmək, ərazini qorumaq üçün onu avadanlıq və texnika ilə təmin etmək əzmindəyik. Vaşinqton bunu nə qədər lazımdırsa, edəcək” - Ostin qeyd edib. (publika.az)
Oxunub: 168
Xəbəri paylaş
Paylaş: