Prezident Baş nazirin müavinini vəzifədən azad etdi
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Baş nazirin müavini, ticarət və inteqrasiya naziri Baxıt Sultanovun vəzifəsindən azad edilməsi haqqında fərman imzalayıb. Globall.az xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb. "Dövlət başçısının sərəncamı ilə Sultanov Baxıt Turlıxanoviç Qazaxıstan Respublikası Baş nazirinin müavini - ticarət və inteqrasiya naziri vəzifəsindən azad edilib", - məlumatda deyilir. Tokayev digər sərəncamla Serik Jumanqarini Rəqabətin Müdafiəsi və İnkişafı Agentliyinin sədri vəzifəsindən azad edərək, Baş nazirin müavini vəzifəsini icra edən təyin edib. Prezident iyulun 14-də hökumətin genişləndirilmiş iclasında şəkər tədarükü sahəsində səhv hesablamalara görə kənd təsərrüfatı, eləcə də ticarət və inteqrasiya nazirlərinə töhmət verib.