Şoyqu: Ukrayna Silahlı Qüvvələri böyük itkilər verib
Ukrayna Silahlı Qüvvələrinin itkiləri böyükdür, lakin Kiyev rəhbərliyi real rəqəmləri ictimaiyyətdən gizlədir.
Globall.az xəbər verir ki, bunu avqustun 16-da Rusiyanın müdafiə naziri Sergey Şoyqu “Ordu-2022” forumu çərçivəsində beynəlxalq təhlükəsizlik üzrə Moskva konfransında çıxışı zamanı deyib.
Şoyqu onu da vurğulayıb ki, zaman keçdikcə, bu məlumatlar ictimailəşəcək.
“Hazırda ukraynalı hərbi əsirlərin ifadələri bizə cəbhənin o biri tərəfində baş verənlər barədə real təsəvvür yaratmağa imkan verir”, - deyə Müdafiə Nazirliyinin rəhbəri vurğulayıb.
Oxunub: 138
Xəbəri paylaş
Paylaş: