Baş Prokurorluq özünü yandıran qazi ilə bağlı
MƏLUMAT YAYDI
Baş Prokurorluq Samux rayonunda Vətən Müharibəsi iştirakçısının intihara cəhd etməsi ilə bağlı məlumat yayıb. Globall.az prokurorluğun mətbuat xidmətinə istinadən xəbər verir ki, avqustun 18-i saat 11 radələrində 1989-cu il təvəllüdlü Təbriz Abdullayev Samux Rayon İcra Hakimiyyətinin inzibati binasının önündə özünü yandıraraq intihara cəhd edib. Faktla bağlı Samux Rayon Prokurorluğunda araşdırma aparılır. Qeyd edək ki, Təbriz Abdullayev Respublika Yanıq Mərkəzinə yola salınıb. Onun bədəninin 60 faiz hissəsinin yandığı bildirilir.
Oxunub: 238
Xəbəri paylaş
Paylaş: