"Koronavirusdan ölmək qadağandır" -
Qeyri-adi qərar
Bu barədə “Televisa” kanalı məlumat yayıb. Müvafiq açıqlama kəndin mərkəzindəki bannerdə yerləşdirilib.
“Əmrə əsasən, koronavirus səbəbiylə bələdiyyə ərazisində ölmək qəti qadağandır”-deyə, məlumatda qeyd olunub.
Təxminən 5 200 insanın yaşadığı Sokonuskoda indiyə qədər heç bir yoluxma qeydə alınmayıb.
Rosasın sözlərinə görə, bu şəkildə o, əhalinin diqqətini xəstəliyin yayılmasının qarşısını almağa yönəlmiş tədbirlərə cəlb edib: “Düşünürəm ki, strategiya işlədi” bələdiyyə sədri əlavə edib.
Oxunub: 382
Xəbəri paylaş
Paylaş: