Bayden Zelenskiyə ZƏNG ETDİ
ABŞ Prezidenti Co Bayden bu gün ukraynalı həmkarı Volodimir Zelenski ilə telefon danışığı aparıb. Globall.az xəbər verir ki, bu barədə Zelenski özünün Twitter hesabında məlumat yayıb. "ABŞ-ın Ukrayna xalqına təhlükəsizlik və maliyyə sahəsində sarsılmaz dəstəyinə görə təşəkkür edirik. Biz Ukraynanın təcavüzkarı məğlub etmək istiqamətində növbəti addımlarını və Rusiyanın hərbi cinayətlərə görə məsuliyyət daşımasının vacibliyini müzakirə etdik", - Zelenski yazıb.
Oxunub: 197
Xəbəri paylaş
Paylaş: