Azərbaycanlı müğənninin ürəyi tutdu:
Xəstəxanaya yerləşdirildi - FOTO
Müğənni Şəbnəm Qəhrəmanova bu gün təcili xəstəxanaya yerləşdirilib. Müğənninin anidən ürəyi tutub. Təcili Tibbi Yardım ilkin müayinədən sonra müğənni xəstəxanaya yerləşdirilib. Globall.az-ın manset.az-a istinadla məlumata görə, sənətçinin meneceri Paşa bildirib ki, Ş. Qəhrəmanova aritmiyadan əziyyət çəkir. Bundan müalicə alır. Hadisənin isə anidən baş verdiyini açıqladı: "Nə olduğunu anlamadıq. Anidən yıxıldı. Elə bildik ürək döyüntüsü artıb. Gördük vəziyyət o deyil. Təcili yardım çağırdıq. Onlar isə ilkin tibbi yardım göstərdikdən sonra təcili xəstəxanaya aparmalı olduqlarını bildirdilər. Hamıdan xahiş edirəm, dua etsin. Çox narahatıq. Qucağında azyaşlı körpəsi var".
Oxunub: 249
Xəbəri paylaş
Paylaş: