“Türkiyə bölgənin ən güclü ordusuna malikdir” –
“Onunla qarşıdurma mümkün deyil”
Son illlər Türkiyənin öz iqtisadi, siyasi və hərbi gücünü sürətlə artırması yalnız regionda deyil, bütün dünyada böyük maraqla izlənməkdədir. Təsadüfi deyildir ki, son aylar ABŞ, Rusiya və Qərb mətbuatında bununla bağlı müxtəlif siyasətçilər, media təmsilçiləri tərəfindən ciddi mülahizələr irəli sürülməkdə, bir-birindən maraqlı yanaşmalar sərgilənməkdədir. Globall.az rus mediasına istinadən xəbər verir ki, Türkiyənin artan gücü Rusiyanın görkəmli hərbi-siyasi mütəxəssisləri tərəfindən də etiraf edilməkdədir. Belə ki, bu günlərdə Rusiya mediasına müsahibə verən hərbi ekspert Sergey Sudakov, Türkiyəni yalnız bölgənin deyil, bütün dünyanın ən böyük güclərindən biri kimi xarakterizə edib: Ekspert Türkiyəni Rusiya ilə Amerika Birləşmiş Ştatları arasında manevr edən kifayət qədər ciddi bir oyunçu adlandırıb. Hərbi mütəxəssisin fikrincə, ABŞ-ın Türkiyəyə təzyiq cəhdi tərəflər arasında əsl qarşıdurmaya səbəb ola bilər. S.Sudakovun qənaətincə, ABŞ və NATO Türkiyə faktoruna ciddi yanaşmalı və onu düzgün qiymətləndirməlidir.
“Türkiyə bölgənin ən güclü ordusudur. Bu gün Türkiyənin döyüş effektivliyi dərəcəsinə görə dünyada səkkizinci, doqquzuncu və hətta yeddinci yeri tutan çox güclü bir ordusu var. Türkiyə NATO-ya üzvdür. ...Türkiyə ilə qarşıdurma mümkün deyil”.