Sabahın hava proqnozu açıqlandı
Azərbaycanda sentyabrın 2-nə olan hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Globall.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yağmursuz olacaq. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 33-38° isti, Bakıda gecə 22-24° isti, gündüz 36-38° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 30-35 % olacaq. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-23° isti, gündüz 35-40° isti, dağlarda gecə 12-17° isti, gündüz 24-29° isti olacaq.
Oxunub: 138
Xəbəri paylaş
Paylaş: