Vyetnamda barda yanğın: 14 ölü, 40 yaralı

Vyetnamın Binzıonq əyalətində "An Phu" karaoke barında yanğın nəticəsində 14 nəfər ölüb, 40 nəfər yaralanıb.
Globall.az xəbər verir ki, məlumatı “Vietnam News Agency” yayıb.
Yaralılar hospitala yerləşdirilib. Məlumata görə, onlardan 11-nin vəziyyəti ağır qiymətləndirilir.
Yanğının səbəb araşdırılır.
Vyetnamın Baş naziri Fam Min Tin İctimai Təhlükəsizlik Nazirliyinə və yerli hakimiyyətə hadisənin araşdırlması ilə bağlı tapşırıqlar verib. (report)
Oxunub: 298
Xəbəri paylaş
Paylaş:




















