“Qarabağda qazanılan böyük pullar...” -
İranın riyakar siyasəti /Şərh
Onun sözlərinə görə, İran Azərbaycanla həmsərhəd bölgələrinin erməni separatçılarının işğalında qalmasında maraqlıdır ki, həmin ərazilərdə rahatlıqla öz planlarını həyata keçirə bilsin:
İranın Azərbaycanın işğal olunmuş bölgələrində sərbəst fəaliyyəti bir daha onu göstərir ki, İran bu işğal faktorunun qorunub saxlanılmasında maraqlıdır. Buna görə də düşünürəm ki, Azərbaycan dövləti İranla münasibətlərə yenidən baxmalıdır. Bu yöndə də, İranın aidiyyəti qurumlarının rəhbərləri və xarici işlər naziri ilə ciddi danışıqların başlamasına ehtiyac var. Düşünürəm ki, Azərbaycan İranın bu riyakar siyasətinə qarşı adekvat addımlar ata bilər. Azərbaycanın bunun üçün həqiqətən də imkanları var”.
“Ayrıca, İsrailin də bu siyasətdə maraqlı olduğunu nəzərə alsaq, Azərbaycanın İrana qarşı təzyiq mexanizmləri mövcuddur. Bunlar İran rəsmilərinin diqqətinə çatdırılmalıdır. Əks təqdirdə, İran bu riyakar siyasətini davam etdirərsə, Azərbaycan da buna adekvat addımlar atmalıdır. Açığını desəm, mən İranı Azərbaycana dost ölkə kimi tanımıram, heç zaman da belə olmayıb. İran maraqlıdır ki, iki türk dövləti arasında Ermənistan kimi geosiyasi alət olan bir ölkə olsun. Buna görə də, Azərbaycan ərazilərinin azad edilməsində maraqlı deyil, bu faktorun saxlanılması üçün də əlindən gələni edir”.