Zatulinin xələfi Kosaçev Azərbaycanı təhdid etdi -
Rusiya Ermənistanı müdafiə edəcək
Globall.az bildirir ki, bu haqda "Sputnik Ermənistan"-a Rusiya Federasiyasının Beynəlxalq İşlər Komitəsinin sədri Konstantin Kosaçev məlumat verib. Kosaçevin fikrincə, Rusiyanın Ermənistana münasibəti Cənubi Qafqaz ölkəsinin mənafelərinə və hərbi potensialına əsaslanmır. Bu bəyanat yəqin ki, Azərbaycana Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həll variantına cavab kimi nəzərdə tutulur.
“Rusiyanın xarici siyasətində əhəmiyyətli olanların miqyası cədvəlini müəyyənləşdirdiyimiz zaman ölçü amili, əhali, silahlı qüvvələrin imkanları həlledici rol oynamır. Bizim üçün bütün tərəfdaşlar eyni dərəcədə vacibdir. Rusiya SSRİ-dən fərqli olaraq “böyük və kiçik qardaş” münasibətləri qurmağa çalışmır”- Kosaçev qeyd edib.
Onun sözlərinə görə, "KTMT və Aİİ-da hamının bərabər hüquq və imkanları var. Moskvada başa düşürlər ki, əgər digər tərəfdaşların iqtisadiyyat, yaxud hərbi baxımdan zəifliyini və ya zəif tərəflərini əsas götürərsə, bu tam inteqrasiyaya mane olacaq". Bu "Zatulinsayağı" bəyanatdan sonra Rusiyanın Dağlıq Qarabağ münaqişəsində "ədalətli" davranaraq münaqişəni beynəlxalq hüquq çərçivəsində həll edəcəyini gözləmək, sadəcə "siyasi bəsirətsizlik" olar.