Sumqayıtda mənzildə meyit aşkarlandı
Sumqayıtda mənzildə meyit tapılıb. Globall.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, Sumqayıt şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Məlumata görə, hadisə yerinə cəlb olunan FHN-in Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1 nəfərin meyitini aidiyyəti üzrə təhvil veriblər.
Oxunub: 123
Xəbəri paylaş
Paylaş: