Rusiyadan 5 min maşın Gürcüstana keçmək istəyir
Hazırda Şimali Osetiyada 4800 avtomobil Rusiya-Gürcüstan sərhədini keçmək üçün gözləyir. Globall.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Şimali Osetiya bölməsi məlumat yayıb. “3 min avtomobil sərhədi keçmək üçün respublika ərazisində gözləyir. Eləcə də 1500 tranzit yük maşını regionda, 300 yük maşını isə nəzarət buraxılış məntəqəsində dayanıb”, - məlumatda bildirilib. Qeyd olunub ki, son iki sutkada Rusiyadan Gürcüstana 20 mindən çox insan keçib.
Oxunub: 145
Xəbəri paylaş
Paylaş: