"Böyük Vətən müharıbəsi bizə dərs oldu...":
"Ordumuzu strateji silahlarla təmin edəcəyik - PUTİN
Rusiya istənilən şəraitdə bütün qoşun növlərinin möhkəmləndirilməsi, onların qabaqcıl siah və texnika ilə təmin edilməsi planını həyata keçirəcək.
Bunu Rusiya Prezidenti Vladimir Putin bildirib.
O, Rusiya Müdafiə Nazirliyi Akademiyasnın və ali hərbi məktəblərin məzunlarını Qələbə günü və ali təhsili başa vurmaları münasibətilə təbrik edib. Kremlin saytında yayılan təbrikdə deyilir:
"Biz bundan sonra da Silahlı Qüvvələri təkmilləşdirıcək, inkişaf etdirəcyik. İstənilən şəraitdə bütün qoşunlarımızı müasir silah və texnika, o cümlədən dünyada analoqu olmayan, yüksək dəqiqliyə malik və hipersəs sistemli, pilotsuz və avtomatik zərbə kompleksli strateji silahlarla təmin etmək planını reallaşdıracağıq.
Ölkənin və Böyük Vətən Müharibəsinin tarixi dərsləri bizə Rusiya orusunun həmişə güclü, istənilən hədə və təhdidlərə cavab vermək qüdrətində olmasını, Rusiyanın suverenliyi və milli maraqlarını, vətəndaşların təhlükəsizliyini etibarlı şəkildə qorumağı öyrətdi".