Saakaşvili bu tarixdə Ukraynaya köçürüləcək
"İstisna deyil ki, oktyabrın 6-da Ukrayna Məhkəməsi Mixail Saakaşvilinin Ukraynaya köçürülməsi barədə qərar çıxaracaq".
Globall.az xəbər verir ki, bunu Gürcüstanın həbsdə olan üçüncü Prezidentinin vəkili Şalva Xaçapuridze “Viva Med” klinikasında jurnalistlərlə söhbəti zamanı bildirib.
Onun sözlərinə görə, oktyabrın 6-da Ukrayna Məhkəməsində üçüncü prezidentə qarşı qeyri-insani rəftar faktı ilə bağlı keçirilən prosesdə vəkil Mixail Saakaşvilinin şahid qismində dindirilməsi və Ukraynaya göndərilməsi barədə vəsatət verib.
“Ukrayna məhkəməsində Saakaşviliyə qarşı qeyri-insani rəftar faktı ilə bağlı cinayət işi başlanıb. Oktyabrın 6-da məhkəmə prosesi keçiriləcək, vəkil Mixail Saakaşvilinin şahid qismində dindirilməsi və Ukraynaya göndərilməsi barədə vəsatət verib. Prokurorluq bu vəsatəti dəstəklədi və biz Saakaşvilinin həbsdə olması ilə bağlı sənədləri Ukraynaya göndəririk. Ola bilsin ki, oktyabrın 6-da Ukrayna məhkəməsi Saakaşvilinin Ukraynaya köçürülməsi barədə qərar qəbul etsin. Saakaşvilini dindirilmək üçün Ukraynaya göndərib-göndərməməsi Gürcüstan hakimiyyətinin iradəsindən asılıdır, əgər beynəlxalq konvensiyalarla hökm etsək, hakimiyyət bunu yerinə yetirə bilər”, - Şalva Xaçapuridze qeyd edib.