Rus zabitləri bu şəhərdən çıxdılar
Rus zabitləri Nikolayev vilayətinin Sniqiryovka şəhərini tərk ediblər.
Globall.az xəbər verir ki, bunu Nikolayev vilayət administrasiyasının rəhbəri Vitali Kim deyib.
“Bunu hər gün gözləyirdik. Qeyri-rəsmi məlumatlara görə, zabit heyəti Sniqiryovkanı tərk ediblər. Amma qoşunlar hələ də şəhərdə qalır”, - Kim bildirib.
Qeyd edək ki, mühüm dəmiryol qovşağı olan Sniqiryovka şəhəri mart ayında işğal olunub.
Oxunub: 201
Xəbəri paylaş
Paylaş: