“Sovetski”də söküntü işləri yenidən başlayır? - AÇIQLAMA
Yasamal rayonunun “Sovetski” kimi tanınan məhəlləsində artıq uzun müddətdir ki, söküntü işləri dayandırılıb. Söküntü işlərinin nə zaman bərpa olunacağı isə məlum deyil.
Lakin son aylarda bu məhəllədə yaşayan vətəndaşlar bir sıra kommunal xidmətlərə müraciət etdikdə neqativ cavab aldıqlarını bildirirlər. Belə ki, qurumlar bu ərazilərin söküləcəyini deyərək, xidmətlərdən imtina edirlər. Bu isə vətəndaşlarda söküntü işlərinin yaxın zamanda başlayacağı ilə bağlı suallar yaradıb.
Globall.az xəbər verir ki, “Ölkə.Az” məsələ ilə bağlı Yasamal Rayon İcra Hakimiyyətinə müraciət edib.
Qurumun Hüquq şöbəsindən sorğuya cavab olaraq bildirildi ki, söküntü işlərinə başlanılması üçün qərar verilməlidir:
“Maliyyə Nazirliyindən büdcə ayrıldıqdan və məlumat verildikdən sonra proses başlaya bilər. Hazırda isə belə bir qərar və məlumat yoxdur”.