İstanbuldan Bakıya uçan təyyarə geri qayıtdı
“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin J2-076 nömrəli İstanbul-Bakı reysini yerinə yetirən hava gəmisinin kapitanı texniki səbəbdən (ön şüşənin çatlaması) uçuş hava limanına qayıtmaq qərarına gəlib.
Bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, təyyarə Bakı vaxtı ilə saat 14:50-də İstanbul hava limanına uğurla eniş edib.
Sərnişinlərin daşınması üçün Bakıdan digər təyyarə yola düşəcək.
Oxunub: 146
Xəbəri paylaş
Paylaş: