Paşinyan: İrəvan Kremlin təqdim etdiyi prinsiplərlə razıdır

Ermənistan Rusiyanın təqdim etdiyi Bakı ilə münasibətlərin qurulmasının əsas prinsipləri ilə razılaşır.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Tvitterdə yazıb.
“Sentyabrın əvvəlində İrəvan Rusiyanın təqdim etdiyi Ermənistan və Azərbaycan arasında beynəlxalq münasibətlərin qurulması üçün əsas prinsiplər və parametrlər əsasında işləməyə razılaşıb və bunu Soçidə təsdiqləməyə hazırdır. Ümid edirik ki, Rusiya təkliflərini dəstəkləyəcək”, - o bildirib.
Oxunub: 199
Xəbəri paylaş
Paylaş:





















Nikol Paşinyan: