Moskvada 143 illik rekord yeniləndi
Rusiyanın Moskva şəhərində hava 9,6 dərəcəyə qədər istiləşib. Bu barədə Moskva meteoroloji bürosu xəbər verir. “Noyabrın 12-nə olan temperatur rekordu bütün 143 illik meteoroloji müşahidələr tarixində yenilənib”, - deyə qeyd edilir. Moskva üçün əvvəlki rekord 2010-cu il noyabrın 12-də, paytaxtda havanın temperaturunun 9,3 dərəcəyə qədər qalxdığı vaxtda müəyyən edilib. Sinoptiklər paytaxtda havanın 11-12 dərəcə isti olacağını proqnozlaşdırırlar. Temperatur rekordunun son göstəricisi isə axşam saatlarında məlum olacaq. Agentlik qeyd edib ki, Moskvada 1879-cu ildən davamlı meteoroloji müşahidələr aparılır.
Oxunub: 254
Xəbəri paylaş
Paylaş: