Oxuduğu universitetdə 3 nəfəri öldürüb hadisə yerindən qaçdı
Virciniyada universitetə silahla hücum edilib. Hadisə nəticəsində ölən və yaralananların olduğu bildirilir. Globall.az xəbər verir ki, ABŞ-ın Virciniya Universitetinin Şarlottsville şəhərindəki əsas korpusunda dəhşətli atışma baş verib. İnsident nəticəsində 3 nəfərin öldüyü, 2 nəfərin isə yaralandığı məlum olub. Qeyd edək ki, hücumun əsas şübhəlisi universitenin tələbəsidir. Polis hadisə yerindən qaçan tələbə Kristofer Darnel Consu yaxalamaq məqsədilə genişmiqyaslı əməliyyata başlayıb.
Oxunub: 141
Xəbəri paylaş
Paylaş: