Ermənistanda hərbi “KamAZ” aşıb: Ölən və yaralananlar var
Ermənistan Müdafiə Nazirliyinin “KamAZ” markalı hərbi yük maşını aşıb.
Bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Qəza nəticəsində 2000-ci il təvəllüdlü hərbçi Qriqor Arturoviç Qriqoryan ölüb. Yeddi hərbçi isə yaralanıb. Yaralılar qarnizon hospitalına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Oxunub: 119
Xəbəri paylaş
Paylaş: