Ermənistanda təyyarə qəzası:
ÖLƏNLƏR VAR
Ermənisttanda B55 tipli (yüngül, ikimatorlu) təyyarə Kotayk vilayətinin Craber kəndi ərazisində qəzaya uğrayıb. Globall.az xəbər verir ki, bu barədə dekabrın 1-i saat 14:20-də Ermənistanın Milli Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub. Hadisə yerinə yanğın-xilasetmə dəstələrinin iki bölməsi, xilasetmə qüvvələrinin xüsusi təyinatlı xilasetmə əməliyyatları mərkəzinin üç xilasetmə qrupu və Tibbi Təminat İdarəsinin növbətçi dəstəsi hadisə yerinə yollanıb. Hadisə yerində 2 yanmış meyit aşkar edilib. Yanğın saat 14:41-də söndürülüb.
Oxunub: 229
Xəbəri paylaş
Paylaş: