Koronavirusa qarşı dərmanın satışına rəsmi icazə verilir -
"Remdesivir" necə kömək edəcək?
ABŞ-ın "Gilead" farmaseptik firmasının hazırladığı "Remdesivir" dərmanına COVID-19-un müalicəsi üçün ilkin icazə bir neçə günə verilə bilər.
Bunu Avropa Birliyinin dərman agentliyinin rəhbəri Guaydo Rasi bazar ertəsi deyib.
İndiyədək Avropa Dərman Agentliyi (EMA) remdesivirin istifadəsini tövsiyə edirdi. Bu o deməkdir ki, tam icazə verilməmişdən dərman xəstələrin müalicəsində işlənə bilər.
“Şərti bazar icazəsi də bir neçə günə verilə bilər”, – Rasi AB Parlamentinin Brüsseldə iclasında deyib Rasinin sözlərinə görə, COVID-19-a qarşı digər müalicə yolları monoklonal anticisimlərə əsaslanan üsullardır ki, onlar COVID-19 xəstəliyini törədən yeni koronavirusu (SARS-CoV-2) neytrallaşdıra bilərlər.
Rasi onu da deyib ki, koronavirusa qarşı vaksin tezlikləəldə olunmayacaq, hətta hazır olsa belə, dünya əhalisini tam əhatələyəcək miqdarda istehsal edilməyəcək.
Guaydo Rasi avropalı deputatlara bildirib ki, ölümcül virusa qarşı vaksin ən yaxşı halda bir ilə hazır ola bilər. Onun sözlərinə görə, Avropa səviyyəsində koordinasiyalı yanaşma nəticəsində vaksindən birinci növbədə faydalanmalı olan əhali müəyyənləşdirilməlidir.
“Ümumi əhalinin ilkin müdafiə qatını yaratmaq üçün hərtərəfli model gərəyimiz olacaq”, – o vurğulayıb./azadliq.org