İsa Qəmbər: “Paşinyan diletant və populist fəaliyyəti ilə unikal şansı əldən verdi”
Bunu Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər deyib.
“Paşinyanın bu yalanına həm ziyalılarımız, tarixçi alimlərimiz, həm də Müsavat Partiyası rəhbərliyi başda olmaqla siyasətçilərimiz tutarlı cavablar verib, onun özünümüdafiə üçün təkrarladığı bu cəfəngiyatı elmi sübutlarla darmadağın edib.
2018-ci ilin birinci yarısında hakimiyyətə gələn Paşinyan mürəkkəb daxili və beynəlxalq amillərin nəticəsində unikal bir şans əldə etmişdi.
O, korrupsiya və monopoliyaları, repressiya və saxtakarlığı aradan qaldıraraq, Qarabağ məsələsində gerçəkçi bir mövqe tutaraq, saxta soyqırım manipulyasiyasına son qoyaraq Ermənistanı böhran vəziyyətindən çıxara, Azərbaycan və Türkiyə ilə normal qonşuluq münasibətlərinə start verə və ölkəsinin Avropaya həqiqi inteqrasiyasına nail ola bilərdi.
Lakin yarımçıq, diletant və populist fəaliyyətilə bütün bu imkanları demək olar ki, itirən Paşinyan üstəlik son dövrdə davranışları ilə “İnsanlara hürriyyət, millətlərə istiqlal” şüarının və “Ümumi Qafqaz Evi” ideyasının əsas müəllifi Məhəmməd Əmin Rəsulzadəyə qərəzli hücumları ilə siyasətdə və dövlət idarəetməsində təsadüfi bir fiqur olduğunu ortaya qoymuş oldu”.
Oxunub: 556
Xəbəri paylaş
Paylaş: