Putindən müsahibə alan ilk amerikalı jurnalist vəfat etdi
Amerikalı teleaparıcı və jurnalist Barbara Volters 94 yaşında vəfat edib. Globall.az xəbər verir ki, bu barədə ABC kanalı məlumat yayıb. Onun ölüm səbəbi hələ açıqlanmayıb. O, karyerası ərzində Riçard Niksondan sonra hər bir Amerika prezidentindən, eləcə də bir çox Hollivud ulduzundan və digər məşhurlardan müsahibə alıb. 1991-ci ildə Rusiyanın ilk prezidenti Boris Yeltsinlə danışıb. 2001-ci ildə isə Vladimir Putindən müsahibə alan ilk amerikalı jurnalist olub. Həmçinin, Barbara Vollters 12 “Emmi” Televiziya mükafatına da layiq görülüb.
Oxunub: 120
Xəbəri paylaş
Paylaş: