Amerikalı jurnalist Türkiyədə ölü tapıldı
Amerikalı jurnalist Andre Vlçek İstanbulda qaldığı otelin qarşısında ölmüş vəziyyətdə tapılıb.
Türkiyə KİV-ləri bildirir ki, , hadisə ötən gün Karaköy məhəlləsinin Kemankeş küçəsindəki məşhur bir otelin qarşısında baş verib.
İddialara görə, rus əsilli 57 yaşlı jurnalist və həyat yoldaşı Rosse Indira Vlçek kirayəyə götürdükləri avtomobillə Qara dəniz turuna çıxıblar. Onlar geri qayıdarkən jurnalist həyat yoldaşına Sakaryada dincələcəyini deyib. Axşam qaldıqları otelin qarşısına gələndə Andre Vlçeki oyatmaq istəyən xanımı onun tərpənmədiyini görüb və təcili yardım çağırıb. Həkimlər onun öldüyünü bildiriblər.
Polis hadisə ilə bağlı araşdırma aparır, jurnalistin ölüm səbəbi hələlik bilinmir.
Oxunub: 292
Xəbəri paylaş
Paylaş: