Zelenski Baş Komandanlığın iclasını çağırdı
Yanvarın 3-də Ukrayna Prezidenti Vladimir Zelenski Ali Baş Komandanlığın qərargahının növbəti iclasını keçirib. Bu barədə Ukrayna Prezident Ofisi məlumat yayıb. Bildirilir ki, iclasda Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnının cəbhənin əsas istiqamətlərində əməliyyat şəraiti ilə bağlı məruzəsi dinlənilib. Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov düşmənin qarşıdakı dövrdə ehtimal olunan hərəkətləri barədə məlumat verib.
Oxunub: 93
Xəbəri paylaş
Paylaş: