Zelenskidən ermənlilərə
ZƏRBƏ
Ukrayna rus sənətçilərinə qarşı yeni sanksiyalar tətbiq edib və onlar arasında ermənilər də var. Ukrayna Rusiya Federasiyasının bir sıra sənətçilərinə qarşı 10 il müddətinə yeni sanksiyalar tətbiq edib. Prezident Volodimir Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının qərarının qüvvəyə minməsi ilə bağlı fərman imzalayıb. Sənədə əsasən, sanksiyaya məruz qalan şəxslərin Ukraynadakı aktivləri bloklanacaq. Bundan əlavə, onlarla ticarət əməliyyatları dayandırılacaq, bütün lisenziyalar və ya icazələr ləğv ediləcək, qiymətli kağızlarla əməliyyatlar və müəllif hüquqlarının ötürülməsi qadağan ediləcək. Sanksiyaya məruz qalanlar arasında Mixail Qalustyan, Yevgeni Petrosyan, Nikita Mixalkov, İrina Alleqrova, Marqarita Simonyan və Rusiyanın digər tanınmış mədəniyyət xadimləri də var.