Eyvazov onu yenidən rəis təyin etdi
Polkovnik-leytenant Nasir Babayev Nərimanov rayon Mühafizə İdarəsinin rəis müavini vəzifəsindən azad edilib. Bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. Nazirin digər əmri ilə o, Nərimanov rayon Mühafizə İdarəsinin rəisi təyin olunub. Qeyd edək ki, N. Babayev ötən ilin may ayında Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin rəisi vəzifəsindən azad olunaraq, Nərimanov rayon Mühafizə İdarəsinin rəis müavini təyin edilmişdi.
Oxunub: 104
Xəbəri paylaş
Paylaş: