Boyu 160 olan qızlar çölə çıxmasın -
XƏBƏRDARLIQ
Türkiyənin Antalya şəhərində fırtınaya görə boyu 160 santimetrdən aşağı olan qızlara evdən çıxmamaq tövsiyə edilib. Tövsiyə şəhər valisi Ersin Yazıcının yaydığı xəbərdarlıqda qeyd olunub. Valinin sözlərinə görə, külək bəstəboy qızları uçura bilər. Yerli mətbuatının məlumatına görə, Antalyada fırtına 6 metr hündürlüyündə dalğalara səbəb olub. Küləyin sürəti isə bəzi yerlərdə saatda 60 kilometrə çatır. Fırtına ucbatından şəhərdə ağaclar aşıb, maşınlar zədələnib. Güclü külək bəzi evlərin damını uçurub.
Oxunub: 128
Xəbəri paylaş
Paylaş: